Bakıda quldurluq edən şəxs saxlanılıb

11:22 - 30 May 2022 - HADİSƏ

Bakı sakininə qarşı quldurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini E.Məmmədova qarşı quldurluq etməkdə şübhəli bilinən Rəşad Almazov saxlanılıb. Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Xəbər xətti