"Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir" - İlham Əliyev

15:55 - 28 May 2022 - SİYASƏT

"Bu gün Teknofest festivalı bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür".

Ucnoqta.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

"Teknofest" elm, inkişaf, bilik, texnologiya bayramıdır. Festivalda iştirak edən gənclər əminəm ki, bu tarixi hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar. Festivala Əziz Səncər də təşrif buyurdu. Əziz Səncərlə əvvəlki görüşümü xatırlayıram, mənə dedi ki, onun hər zaman böyük arzusu var idi: Şuşaya getmək. Mənimlə görüşdən sonra Şuşaya getmişdi. Bildirmişdi ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə olmuşam, Şuşanı da gördüm və bizi də çox xoşbəxt etdi. Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir. Həm alim, həm vətəndaş, həm türkçü, həm də vətənpərvər insan. Siz gənclər Əziz bəyə oxşamağa çalışmalısınız".

Xəbər xətti