Rusiyanın Ukraynada itkiləri açıqlandı

14:12 - 28 May 2022 - DÜNYA

Ukrayna müharibənin 94-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilib ki, Rusiya indiyə qədər 30 000 hərbçi, 1330 ədəd tank, 3258 ədəd zirehli döyüş maşını, 625 ədəd artilleriya sistemi, 203 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 207 ədəd hərbi təyyarə, 174 ədəd helikopter, 2226 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 503 ədəd PUA, 48 ədəd xüsusi texnika, 116 qanadlı raket itirib.

Xəbər xətti