“Qarabağ” Azərbaycan kubokunun qalibi oldu

Azərbaycan kubokunda 2021/22 mövsümü başa çatıb. Apasport.az saytının məlumatına görə, 30-cu ölkə kubokunun qalibi Qəbələ şəhər stadionundakı final matçında müəyyənləşib.Həlledici görüşdə Premyer Liqanın çempionu “Qarabağ”la bürünc mükafatçısı “Zirə” üz-üzə gəlib. Qarşılaşmada hesabı Bakı klubu açıb. Hamidu Keyta ilk yarıda ağdamlıların qapısına yol tapıb. Qurban Qurbanovun yetirmələri yalnız fasilədən sonra hesabda tarazlıq yaradıb. Abdullah Zubir “Zirə”ni məyus edib – 1:1. Rəqibini təzyiq altında saxlayan “Qarabağ” bir neçə dəfə hesabda önə keçməyə yaxın olsa da, bunu əsas vaxtda bacarmayıb.Görüşün 90 dəqiqəsi kimi əlavə yarım saatında da qalib müəyyənləşməyib. Komandalar son iki hissəni qolsuz başa vurub. Kubokun sahibi penaltilər seriyasında məlum olub. Zərbələri daha dəqiq yerinə yetirən “Qarabağ” 7-ci dəfə bu titula yiyələnib.
Tarix
27 May 2022 [22:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-05-27 22:05:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin