Daşkəsənə dolu yağıb - FOTO

22:18 - 25 May 2022 - ÖLKƏ İÇİ

Gəncə və ətraf rayonlarında höküm sürən qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonuna dolu yağıb.

APA-nın məlumatına görə, bu gün axşam saatlarında leysan yağışdan sonra təxminən 10-15 dəqiqə rayonun Xoşbulaq kəndinə dolu düşüb.

Rayon icra hakimiyyətindən bildirilib ki, güclü yağış və dolu yağması nəticəsində rayonda hər hansı problem qeydə alınmayıb.

Havanın kəskin dəyişməsi səbəbi ilə əlaqədar qurumlar müvafiq tədbirlər görməyə başlayıb.

Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.


Xəbər xətti