Qəbələnin Qəmərvan kəndindən olan məşhur “Wilderness Cooking” “YouTube” kanalının sahibi Təvəkkül Aslanov bu dəfə də ləzzətli təamlarını Kəlbəcərdə ərsəyə gətirib.
Dünyaca məşhur bloqer "Cənnət məkan Kəlbəcərin dağlarında bütöv quzu bişirdim", - başlığı ilə yeni videosunu izləyicilərlə paylaşıb.
Qeyd edək ki, milli mətbəximizi dünyada tanıdan bloqer təbiət qoynunda, qeyri-adi və mənzərəli yerlərdə müxtəlif yeməklər hazırlayır. Onun 3 milyondan çox və demək olar ki, dünyanın hər bir yerindən daimi izləyiciləri var.
Videonu təqdim edirik: