Cavid Qurbanov vəzifəsindən azad edildi - Sərəncam

20:37 - 24 May 2022 - Xəbər

Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Ucnoqta.az xəbər verir ki, sərəncamda deyilir:

"Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər xətti