“Qarabağda təbii qaz çox məhdud həcmdə istifadə olunacaq”.
APA xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov ADA Universitetində “İtaliya dizayn günü” mövzusunda keçirilən tədbirdə deyib.
O qeyd edib ki, Qarabağda çox sayda günəş paneli quraşdırılacaq, yəni Qarabağ tam olaraq “yaşıl enerji” sahəsi olacaq.