Qvineya-Bisau Prezidenti Azərbaycan dövlət başçısını təbrik etdi

17:43 - 24 May 2022 - Xəbər

Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo Prezident İlham Əliyevi təbrik edib.

Təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, xalqınızın rifahı naminə ən xoş arzularımı yetirirəm.

Xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.

 

Xəbər xətti