Xınalığa 10 santimetrdən çox qar yağıb

10:11 - 21 May 2022 - ÖLKƏ İÇİ

Ötən gün axşam saatlarından başlayaraq Quba rayonunun Xınalıq kəndinə qar yağıb. Kənd sakinlərinin APA-nın şimal bürosuna verdiyi məlumata görə, yaşayış məntəqəsində qarın hündürlüyü 10 santimetrdən çoxdur. Qarın yağması ilə dağlıq ərazilərdə temperatur aşağı düşüb. Qubanın digər ucqar dağ kəndlərinə də qar yağdığı bildirilir.

Xəbər xətti