Xaçmazda TIR piyadanı vurub öldürdü

09:28 - 21 May 2022 - HADİSƏ

Xaçmaz rayonunda “TIR” piyadanı vuraraq öldürüb. “Report”un xəbərinə görə, hadisə Xaçmaz-Xudat yolunun Çinartala kəndi ərazisindən keçən hissəsində baş verib. Yük avtomobili Palçıqoba kənd sakini, 1995-ci il təvəllüdlü Muradov Şəmsəddin Çingiz oğlunu vurub. Ş.Muradov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti