Xaçmaz rayonunda “TIR” piyadanı vuraraq öldürüb.
“Report”un xəbərinə görə, hadisə Xaçmaz-Xudat yolunun Çinartala kəndi ərazisindən keçən hissəsində baş verib.
Yük avtomobili Palçıqoba kənd sakini, 1995-ci il təvəllüdlü Muradov Şəmsəddin Çingiz oğlunu vurub.
Ş.Muradov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.