Sertifikasiyada minimum balı toplamayan müəllimlərlə bağlı AÇIQLAMA

17:55 - 19 May 2022 - Cəmiyyət

Təhsil Nazirliyi təhsilverənlərin sertifikasiyasında minimum keçid balını toplamayan müəllimlərlə bağlı açıqlama verib.

Bu barədə təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı tədbirdə Təhsil Nazirliyinin İnsan resursları mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli danışıb.

O qeyd edib ki, keçid balını toplamayan müəllimlər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikasiyada iştirak etmək hüququna malik olacaqlar.

N. İsmayılbəylinin sözlərinə görə, ilkin olaraq 11 minə yaxın müəllim bu sertifikasiyadan keçəcək. Müsabiqə ilə işə qəbul olanlar beş il müddətində bu prosesdən azaddırlar. Həmçinin hamilə qadınlar, yeni ana olanlar, uşağını təkbaşına böyüdən kişilər 3 il bu prosesdən azaddırlar. 

İlkin olaraq ibtidai sinif müəllimləri bu sertifikasiyadan keçəcək. Beş il ərzində isə bütün müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulur.///qafqazinfo

Xəbər xətti