Bacı və qardaşı qətlə yetirən şəxsin istintaqı başa çatdı

18:03 - 17 May 2022 - Cəmiyyət

Goranboyda bacı və qardaşı qətlə yetirməkdə təqsirləndirilən İlham Haqverdiyevin barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Kənd sakinləri - 1960-cı il təvəllüdlü Namazova Səlmi Rəcəb qızı və qardaşı 1970-ci il təvəllüdlü Namazov Pərviz Rəcəb oğlu bıçaqlanaraq öldürülüb.

Hadisəni törədən isə mərhumları həmkəndliləri 1965-ci il təvəllüdlü Haqverdiyev İlham Şahverdi oğlu tutularaq istintaqa təhvil verilib.

 

Xəbər xətti