Xoşqədəm Hidayətqızı donor tapa bilməyən aktyor üçün müraciət etdi - VİDEO

15:25 - 17 May 2022 - Cəmiyyət

ARB TV-nin “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı donor tapa bilməyən aktyor Elvin Əhmədovun qohumlarına səslənib:

“Sizi göydəki Allaha, sevdiklərinizə and verirəm. Mən həkimdən soruşdum ki, analiz üçün Elvinin qohumlarından kim gəlib, “heç kim” dedi. Əgər qohumlar analiz üçün Elvinin öz həkiminə müraciət etsələr, gənc aktyoru xilas etmiş olacaqlar”.

Qeyd edək ki, aktyor Elvin Ağayev qaraciyər sirrozundan əziyyət çəkir və vəziyyəti olduqca ağırdır. Aktyor yaxın zamanda donor tapa bilməsə, həyatını itirəcək.

Xəbər xətti