Sabiq poçt müdiri barədə cinayət işi açıldı

12:43 - 17 May 2022 - Cəmiyyət

Bakıda poçt müdiri 25 min manata yaxın dövlət vəsaitini mənimsəyib.

Binəqədi rayon prokurorluğundan Ucnoqta.az-a bildirilib ki, “Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə  bağlı çatışmazlığın yaranmasına dair daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Həmin poçtun sabiq müdiri Gülnarə Xəlilovanın işlədiyi (12.07.2021-09.12.2021) tarixlərdə şöbənin xəzinəsində olan 16 min 500 manat və 4 min 500 dollar (7650 manat) məbləğində pulu mənimsəməsinə  əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı mənimsəmə ittihamı ilə cinayət işi başlanıb. İstintaq davam edir.

Xəbər xətti