Yüksək vəzifəyə təyin olunan Fərid Hacıyev kimdir? - DOSYE

11:38 - 17 May 2022 - Xəbər

Milli Məclisin Aparat rəhbəri vəzifəsinə Fərid Hacıyev təyin edilib.

Ucnoqta.az xəbər verir ki, Fərid Famil oğlu Hacıyev 25 aprel 1989-cu ildə anadan olub.

F.Hacıyev hüquqşünas, dövlət qulluğunun təşkili və idarəedilməsi ixtisaslarını bitirib.
O, Dövlət qulluğunun baş müşaviri dərəcəsinə malikdir. 

Fərid Hacıyev bu təyinatadək Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışırdı. 

Bu barədə ilk xəbəri APA yayıb.

Xəbər xətti