Mayın 17-də ölkə ərazisində gözlənilən hava məlumatı açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-15°, gündüz 20-23°, Bakıda gecə 13-15°, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65% olacaq.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14°, gündüz 18-23°, dağlarda gecə 1-6°, gündüz 6-10° isti olacaq.