Axtarışa verildiyi deyilən müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib.
Ucnoqta.az xəbər verir ki, o, öz “Instagram” hesabında hava limanından paylaşım edib.
Belə ki, müğənni sosial şəbəkədə bunları yazıb:
“Mən həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir".
Ötən gün isə sosial şəbəkə hesabında “İşlərimlə bağlı Rusiyaya getməliyəm. Axtarışda olan adam xaricə gedə bilər?”, - deyə müğənni izləyicilərinə sual ünvanlamışdı.
Xatırladaq ki, Xalq artisti, tanınmış sənətçi Flora Kərimova ilə arasında olan məhkəməyə dəfələrlə gəlməyən müğənni bir neçə gün əvvəl axtarışa verildiyi qeyd olunub.
///lent.az