Nazir polkovnik-leytenanta DYP-də yüksək vəzifə verdi - ƏMR
18:02 - 14 May 2022 - ÖLKƏ İÇİ
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində yeni təyinatla bağlı daha bir əmr imzalayıb. Ucnoqta.az xəbər verir ki, Avtosfer.az-ın əldə etdiyi məlumata görə, nazirin əmrinə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə yeni müavin təyin olunub. Belə ki, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev BDYPİ-nin rəis müavini təyin edilib.
Qeyd edək ki, buna qədər o, İdarənin Yol Patrul Xidməti Alayının komandir müavini vəzifəsində çalışıb.
Keçmiş rəis müavini, polkovnik-leytenant Namidan Piriyev tutduğu vəzifədən azad olunaraq DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə rəis təyin edilib.