Bu il əhaliyə 2 milyarddan çox vəsait ödənilib

14:09 - 13 May 2022 - Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu bu ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 mlrd.188 mln. manat vəsait ödəyib.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, bu da ötən ilin eyni dövrünə nisbətən 8 faiz və ya 162,5 mln. manat çoxdur.

Xatırladaq ki, sosial islahatların yeni mərhələsi kimi, cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin olunub.

Xəbər xətti