Nazir mayora yeni vəzifə verdi

12:58 - 13 May 2022 - Xəbər

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Şəhriyar Orucov Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.

O, həmin Baş İdarənin 4-cü Polis Bölməsinin rəis müavini təyin olunub.///oxu.az

Xəbər xətti