Evlərindən oğurluq edən yeniyetmə tutulub

12:50 - 13 May 2022 - HADİSƏ

Bakıda evlərindən oğurluq edən yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin 16 yaşlı oğlu Telman saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti