Bu prospektdə nəqliyyatın hərəkəti dayandırılacaq

21:42 - 12 May 2022 - Xəbər

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, trekin ərazisinə daxil olan hissədə aparılan təmir işləri ilə bağlı bu gecə saat 00:00-dan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Ucnoqta.az-a verilən məlumata görə, bununla əlaqədar hərəkət iştiakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələri xahiş olunub.
Əməliyyat Şirkəti şəhər sakinlərinə anlayışlarına görə təşəkkür edib.

Xəbər xətti