Ötən sutka ərzində on yanğına çıxış, beş halda köməksiz vəziyyətdə qalma və bir intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən həyata keçirilib.
Yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində yeddi nəfər, o cümlədən Bakı şəhərinin Yasamal rayonunda körpüyə çıxaraq intihara cəhd edən bir nəfər xilas olunub.