Amerikalı ifaçı Cennifer Lopes Ukraynaya dəstək məqsədilə “LuisaViaRoma” xeyriyyə qala-konsertində iştirak edəcək. Tədbir iyulun 30-da İtaliyanın Kapri şəhərindəki Çertoza-di-San-Cakomo adasında baş tutacaq.
Xeyriyyə gecəsində toplanan pullar Rusiya işğalına görə evlərini tərk edən ukraynalı qaçqınlara yardıma yönəldiləcək.
Bildirilir ki, hazırda Ukraynada olan UNICEF-in nümayəndələri konsertə videobağlantı vasitəsilə qatılacaqlar. Onlar ölkədə baş verənlərdən danışacaqlar.///oxu.az