Məzahir Süleymanzadə dəfn olunub
14:12 - 11 May 2022 - ÖLKƏ İÇİ
Azərbaycanın tanınmış jurnalisti, AFFA-nın sabiq mətbuat katibi Məzahir Süleymanzadə dəfn olunub.
"Report" xəbər verir ki, mərhum Mərdəkan qəbiristanlığında doğmalarının yanında torpağa tapşırılıb. Dəfn mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov, media nümayəndələri və mərhumun yaxınları iştirak edib.
Çıxış edənlər M.Süleymanzadənin media və idman sahəsindəki xidmətlərindən bəhs edərək, onun vəfatının ciddi itki adlandırıblar.