“Qripin müalicəsində antibiotiklərdən istifadə oluna bilməz” - Həkim-terapevt

10:20 - 11 May 2022 - Cəmiyyət

“Deyirlər ki, qripsənsə antibiotik qəbul elə, “o dəqiqə” sağaldır. Xeyr, bu yanlış yanaşmadır”.

Bunu həkim-terapevt Rəhilə Əliyeva deyib.

O bildirib ki, qrip və digər virus infeksiyalarının müalicəsində antibiotik tərkibli dərmanlar təyin edilə bilməz: “Yalnız virus xəstəliklərin gedişinə bakterial infeksiya qoşulduğu zaman antibiotik tərkibli vasitələrdən istifadə etmək olar”.

Həkim-terapevt qeyd edib ki, qripin müalicəsində antibiotiklərin heç bir rolu yoxdur: “Qrip və virus zamanı vitaminlərdən istifadə edərək immun sistemini gücləndirmək daha məqsədə uyğun sayılır. Yəni, müəyyən miqdarda vitaminlər qəbul edərək immun sisteminizi gücləndirə və xəstəliklərdən uzaq ola bilərsiniz”.///report

Xəbər xətti