DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət edib - FOTO

14:35 - 10 May 2022 - Cəmiyyət

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Xidmətin İctimai əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən xəbərə görə, Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı və şərəfli ömrünün 25 ilini həsr etdiyi bu orqanlarda milliləşmə prosesinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı DTX rəisi, general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.


Xəbər xətti