Peyvənd olunanların sayı açıqlandı

18:47 - 8 May 2022 - Cəmiyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 308 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 300, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 305, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 409, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 294 nəfərdir.

Xəbər xətti