Fatimədən doğum günündən qovdurduğu Canana ilə Mətanətin barışmasına REAKSİYA - FOTO

13:08 - 7 May 2022 - MAQAZİN

Rəqqasə Fatimə Fətəliyeva Canana və Mətanət İsgəndərli barışığının səmimi olmadığını vurğulayıb.

Bu barədə rəqqasə ARB-də yayımlanan “Həmin Zaur” verilişində danışıb.

Aparıcının “İndi onlar barışdılar, sən qaldın ortada pis” sözlərinə cavab olaraq Fatimə: “Mən inanmıram ki, o, səmimi bir barışıqdır, bu mənim fikrimdir”, - deyə əlavə edib.

Qeyd edək ki, Fatimə Mətanət İsgəndərlinin göstərişi ilə Canananı doğum günündən qovmuşdu. Canana isə yaxın günlərdə sosial media hesabında Mətanət İsgəndərli ilə barışdıqlarını bildirib.///oxu.az

Xəbər xətti