“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Bu barədə Ucnoqta.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
“Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər”, - qeyd olunub.