Ukraynadan daha 9 azərbaycanlı Vətənə gətirildi

17:57 - 6 May 2022 - Cəmiyyət

Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız Vətənə gətirilib

Diasporla İş üzrə Dövlət Komitəsindən Ucnoqta.az-a bildirilib ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycan təxliyyə olunublar.

Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.

Xəbər xətti