Vilayət Eyvazov DYP rəisini İŞDƏN ÇIXARDI

11:42 - 6 May 2022 - Xəbər

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Bağırov vəzifəsindən azad edilib.

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Rafiq Bağırov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Hələlik onun yerinə təyinat yoxdur.

Xəbər xətti