Bakıda kafedə dava - Bir nəfər bıçaqlandı

09:43 - 6 May 2022 - HADİSƏ

Bakının Suraxanı rayonunda bıçaqlanma baş verib.

Hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, kafedə müştəri olan 1987-ci il təvəllüdlü Musayev Ramil Bağı oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.///oxu.az

Xəbər xətti