Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kafedə dava - <font color=red><b><b> Bir nəfər bıçaqlandı</b></b></font>

09:43 - 6 May 2022 tarixində dərc olunub.

Bakının Suraxanı rayonunda bıçaqlanma baş verib.

Hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, kafedə müştəri olan 1987-ci il təvəllüdlü Musayev Ramil Bağı oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.///oxu.az

Müəllif: