Şəmkirdə qəza olub, xəsarət alanlar var - Foto

20:33 - 5 May 2022 - HADİSƏ

Şəmkirdə yol-nəqliyyat hadisə baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı betona çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti