Şəmkirdə qəza olub, xəsarət alanlar var - <font color=red><b>Foto</b></font>
20:33 - 5 May 2022 tarixində dərc olunub.
Şəmkirdə yol-nəqliyyat hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.
Hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı betona çırpılıb.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.