Xəzər dənizində zəlzələ baş verib.
Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 18:37-də Qala stansiyasından 165 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,6, dərinliyi isə 25 km olub.