Bakıda məktəbli qızın intiharı ilə bağlı araşdırmalara başlanılıb

23:06 - 3 May 2022 - Cəmiyyət

Bakıda məktəbli qızın intiharı ilə bağlı araşdırmalara başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Ucnoqta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xətai rayonu, Qədir Məmmədov küçəsində 2005-ci il təvəllüdlü Xumar Babayevanın binadan ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalar başlayıb.

Qeyd edək ki, hadisə zamanı qız özünü binadan atan zaman aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşüb.

Nəticədə Z. Niyazov ağır xəsarətlər alıb.

Xəbər xətti