Azərbaycanlı model izləyicisini ALÇALTDI - FOTO

14:38 - 3 May 2022 - MAQAZİN

Azərbaycanlı model ondan yardım istəyən izləyicisini təhqir edib.

Bu barədə “Miss Azerbaijan-2019” model yarışmasının qalibi Səmra Hüseynova sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

İzləyicisi modelə müraciət edərək imkansız olduğunu və övladlarına baxmaq üçün 30 manat pul istədiyini yazıb. Səmra isə izləyicisinin ona müraciətini paylaşaraq “Pul insanı dəyişdirir. Mənə iyrəncsiniz deyənlər indi pul yardımı istəyirlər. Ruhunuzu satmısınız çoxdan”,- deyə qeyd edib.

Qeyd edək ki, Səmra Hüseynova “10 min dollardan aşağı soyunmuram” açıqlaması ilə gündəmə gəlmişdi.///oxu.az


Xəbər xətti