Salyanda "Qazel" və "VAZ-2107" toqquşub, xəsarət alanlar var

23:19 - 2 May 2022 - HADİSƏ

Salyanda yük və minik avtomobilləri toqquşub. Hadisə köhnə Ələt-Astara yolunun 54-cü km-də, Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, qəza nəticəsində "Qazel" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti