Ucnoqta.az
www.ucnoqta.az

Salyanda "Qazel" və "VAZ-2107" toqquşub, <font color=red><b>xəsarət alanlar var</b></font>

23:19 - 2 May 2022 tarixində dərc olunub.
Salyanda yük və minik avtomobilləri toqquşub. Hadisə köhnə Ələt-Astara yolunun 54-cü km-də, Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, qəza nəticəsində "Qazel" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.///report
Müəllif: