Azərbaycanın "Avroviziya 2022" şərhçisi bəlli oldu

19:40 - 1 May 2022 - MAQAZİN

"Avroviziya 2022" mahnı müsabiqəsində şərhçi Murad Arif olacaq.

Ucnoqta.az xəbər verir ki, 10, 12 və 14 may tarixlərində baş tutacaq 66-cı Avroviziya mahnı müsabiqəsinin Azərbaycan üzrə şərhçisi bəstəkar, ifaçı, prodüser və aparıcı Murad Arif olacaq.

2 yarımfinal və 1 böyük finaldan ibarət 3 şou İctimai Televiziyanın efirindən Murad Arifin şərhi ilə canlı olaraq yayımlanacaq. Proqramların hər biri Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti