Rusiyanın raket qoşunları gecə ərzində Ukraynanın 4 hərbi obyektini vurub.
Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.
Onun sözlərinə görə, sözügedən obyektlər sırasında iki idarəetmə məntəqəsi, reaktiv yaylım atəşi sistemlərinin batareyası və radiolokasiya stansiyası var.