Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Ukraynanın 4 hərbi obyektini vurdu

16:09 - 30 Aprel 2022 tarixində dərc olunub.

Rusiyanın raket qoşunları gecə ərzində Ukraynanın 4 hərbi obyektini vurub.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, sözügedən obyektlər sırasında iki idarəetmə məntəqəsi, reaktiv yaylım atəşi sistemlərinin batareyası və radiolokasiya stansiyası var.

Müəllif: