Avtobus sürücüsü sükan arxasında ÖLDÜ

22:14 - 29 Aprel 2022 - HADİSƏ

Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü İlqar Orucov özünü narahat hiss etdiyindən avtobusu saxlayıb. Sonradan onun sükan arxasında öldüyü məlum olub. İlkin məlumata görə, sürücü infarkt keçirib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti