Avtobus sürücüsü sükan arxasında <font color=red><b>ÖLDÜ</b></font>
22:14 - 29 Aprel 2022 tarixində dərc olunub.
Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü İlqar Orucov özünü narahat hiss etdiyindən avtobusu saxlayıb. Sonradan onun sükan arxasında öldüyü məlum olub.
İlkin məlumata görə, sürücü infarkt keçirib. Faktla bağlı araşdırma aparılır.