Salyanda iki avtomobil toqquşub, ata və oğlu xəsarət alıb

20:49 - 29 Aprel 2022 - HADİSƏ

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə köhnə Ələt-Astara magistral yolunun “PMK-9” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mersedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində rayonun Aşağı Kürkənd kənd sakinləri, 1961-ci il təvəllüdlü Bayramov Əliqismət Oruc oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Bayramov Rəsul Əliqismət oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti