Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə köhnə Ələt-Astara magistral yolunun “PMK-9” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mersedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində rayonun Aşağı Kürkənd kənd sakinləri, 1961-ci il təvəllüdlü Bayramov Əliqismət Oruc oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Bayramov Rəsul Əliqismət oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.///report